BURADA REKLAMINIZ OLA
BİLƏR

Diqqət: Yaşı 60-a qədər olan şəxslərin NƏZƏRİNƏ

Koronavirus (COVİD-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün Bakı şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarına yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar və həkim-terapevtlər işə qəbul olunmaq üçün dəvət olunurlar.

 

Səhiyyə Nazirliyindən Pravda.az-a bildirilib ki, işə qəbulla bağlı müraciət edən şəxslər ərizə ilə [email protected] elektron ünvanına müraciət etməlidirlər.

 

Tələb olunan sənədlər:

 

Ərizə;

 

Şəxsiyyət vəsiqəsi;

 

Diplom;

 

İnternatura vəsiqəsi;

 

Sertifikat;

 

Əmək kitabçası.

Tarix: 29 İyun 2020, 17:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin