BURADA REKLAMINIZ OLA
BİLƏR

Aqil Abbas da “Nəsimi”nin ağac əkməsindən danışdı

Milli Məclisin deputatı Aqil Abbas Füzuli və Abşeron rayon icra hakimiyyəti başçılarının mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi şərəfinə keçirilən ağacəkmə aksiyasında Nəsiminin obrazında olan aktyorların ağac əkməsinə münasibət bildirib.

 

Pravda.az-ın xəbərinə görə, deputat deyib ki, burada qəbahət yoxdur.

 

“Nə olub ki? Aktyor Nəsimi obrazını yaradaraq, ağac əkmə kampaniyasında qəzəl oxuyub, ağac əkib. Bəyəm burda pis nəsə var? Bu məsələyə lağ edənlərə bir sualım var, heç olmasa ömrünüz boyu bir ağac əkmisinizmi? Mən də ağac əkmə kampaniyası günü Sabirabadda, Ağcabədidə, Ağdamda ağac əkmişəm. Yəni Ağcabədiyə gedirdim, hər dəfə dayanıb, ağac əkənlərə qoşularaq ağac əkdim. Hətta Ağdamda iki ağac əkmişəm” – A.Abbas bildirib.

Fotoları təqdim edirik
Tarix: 10 Dekabr 2019, 00:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin