Məşhur azərbaycanlı aparıcı koronavirusa görə imdad dilədi: "Xahiş edirəm, yol göstərin"

2016-cı ildə bağlanan ANS telekanalının məşhur aparıcılarından olan Gülnarə Məmmədova koronavirusla bağlı yardım istəyib.

Pravda.az xəbər verir ki, o, sosial şəbəkə profilində gəlinlərinin virusa yoluxduğunu, təcili yardımın cavab vermədiyini və çarəsiz qaldıqlarını yazıb:

"Xahiş edirəm, yol göstərin. COVİD-19 virusuna yoluxan gəlinimiz və qardaşımın qızı neçə gündür evdə müalicə alırlar. Gəlinimizi vəziyyəti çox pisləşdi, xəstəxanalarda yer yoxdur deyilir. Təcili yardım cavab vermir".Ölkə.az



Fotoları təqdim edirik
Tarix: 29 İyun 2020, 23:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin