Abşeronda 4 post quruldu, nəzarət gücləndirildi - VİDEO

Abşeron rayonunda qurulan postlarda gün ərzində 60 nəfər cərimələnib.

 

Pravda.az verir ki, Abşeron rayonu ərazisində Dövlət Yol Polisinin 4 postu qurulub.

 

Bu postlardan keçmək istəyən sürücü və sərnişinlərin icazəsinin olub-olmaması ilə yanaşı, tibbi maskalardan istifadəsinə də diqqət yetirilir. Demək olar ki, postdan keçən sürücü və sərnişinlərin əksəriyyətinin maskadan istifadə etmədiyi müəyyən olunub.

 

Abşeron rayon DYPŞ-nin baş inspektorunun APA-ya verdiyi məlumata görə, gün ərzində 60 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1 və 211.2-ci maddələri əsasında cərimə edilib.

 

Abşeron rayonunda bir həftə ərzində 800 nəfərə (sürücü və sərnişinlər) protokol tərtib edilib.APA

 

Tarix: 30 İyun 2020, 07:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin