BURADA REKLAMINIZ OLA
BİLƏR

Salyan Rayon Mərkəzi Xəstəxanasının tenderi ləğv edildi

“Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi ilə bağlı elan etdiyi tender ləğv edilib.

 

Pravda.az-ın xəbərinə görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qəbul etdiyi qərarda qeyd olunub ki, satınalmanın maliyyələşdirilməsi dayandırılıb.

 

Tenderin məbləği 135 630 AZN olub.

 

Cabir Həsənov

Tarix: 21 Fevral 2025, 18:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin