BURADA REKLAMINIZ OLA
BİLƏR

"Donuz qripi"nə yoluxma halı qeydə alındı

Gürcüstanda qış mövsümündə “donuz qripi” adlandırılan A (H1N1) virusuna yoluxma ilə bağlı ilk hal qeydə alınıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Gürcüstanın Birinci kanalı məlumat yayıb.

 

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib ki, virusa yoluxma halı ötən həftə Batumi şəhərində qeydə alınıb. Virusa yoluxan yeniyetmə olub.

 

Yeniyetmənin xəstəxanaya yerləşdirildiyi və artıq müalicə olunduğu bildirilib.

 

Milli Mərkəzdən ölkədə mövsümi qripə yoluxma hallarının illik müqayisədə artdığı qeyd olunub.Report

Tarix: 10 Dekabr 2019, 01:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin