BURADA REKLAMINIZ OLA
BİLƏR

Çinarə Balıyevaya vəzifə verildi

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində (QSC) kadr təyinatı olub.

 

Pravda.az-ın xəbərinə görə, müvafiq əmrlə Çinarə Balıyeva QSC-nin Mətbuat xidməti rəhbərinin müavini təyin edilib.

 

Qeyd: Ç.Balıyeva Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq Aparat rəhbəri, hazırda “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Kommunikasiya departamentinin müdir müavini Daşqın Rəcəblinin bacısıdır. D.Rəcəblinin müdiri - “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin rəhbəri Aybəniz İsmayılova bir müddət öncə, nöqsanlara görə vəzifəsindən azad olunub.

 

Nadir Qurbanov

Tarix: 25 Fevral 2025, 08:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin