BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanlı kursant Türkiyədə vəfat etdi - YENİLƏNDİ

Azərbaycanlı hərbi kursant Elvin Eldəniz oğlu Quluzadə Türkiyədə yerləşdirildiyi xəstəxanada vəfat edib.

 

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, o, Rusiyada hərbi təhsil aldığı müddət ərzində 2024-cü ilin may ayından Omsk şəhərində yerləşən Akademik N.N.Burdenko adına Baş Hərbi Klinik Hospitalda müalicə olunub.

 

Vurğulanıb ki, E.Quluzadə daha sonra müalicəsini davam etdirmək üçün 2024-cü il iyulun 19-dan Türkiyənin Ankara Universitetinin Tibb fakültəsinin xəstəxanasında yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, 2025-ci il fevralın 25-də həmin xəstəxanada kəskin leykemiya, reaktiv perikardit (qan xərçəngi) səbəbindən vəfat edib.

 

Faktla bağlı araşdırma aparılır.

 

***

14:29

 

Naxçıvan şəhəri Heydər Əliyev adına Hərbi Liseyin məzunu vəfat edib.

 

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

 

Bildirilib ki, Heydər Əliyev adına Hərbi Liseyin məzunu, Rusiya Hərbi İnstitutunun kursantı Elvin Quluzadə uzun sürən qan xərçəngi xəstəliyi səbəbindən həyatını itirib.

 

Oxu.az

Tarix: 26 Fevral 2025, 18:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin