BURADA REKLAMINIZ OLA
BİLƏR

Məktəblilərin öldüyü hadisəyə görə "Azərişıq" ASC-nin mühəndisinə cəza verildi

İmişli Rayon Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən Zaman Tahirovun (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zaur Pirverdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il 9 ay müddətə azadlıqdan məhrum edilib.


İttihama görə, hadisə 14 aprel 2024-cü il tarixdə, saat 14:00 radələrində İmişli şəhəri, T.İsmayılov küçəsi 4 ünvanında yerləşən N.Şirinov adına 5 saylı texniki təmayüllü məktəb-liseyin ərazisində qeydə alınıb.


Belə ki, həmin ərazidəki yardımçı tikilinin damı üzərindən keçən hava elektrik xəttinə toxunmaları səbəbindən 2010-cu il təvəllüdlü İsbərov Amid Seyran oğlu və Məmmədzadə Fərhan Farid oğlunu elektrik cərəyanı vuraraq öldürüb.


Hadisədən sonra "Azərişıq" ASC-nin "Aran" Regional Enerji Təchizatı və Satışı idarəsinin aparıcı mühəndisi vəzifəsində çalışan Zaman Tahirov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Onun barəsində Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb.
 

KamalMəmmədov 

Tarix: 27 Fevral 2025, 08:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin