BURADA REKLAMINIZ OLA
BİLƏR

Cəmilə Ağalarovanın rəhbərlik etdiyi “Krokus Azərbaycan” ləğv edilir

“Krokus Azərbaycan”, “Crocus İnteriors” və “Crocus Audit” MMC-lər ləğv edilir.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə müvafiq qərarlar qəbul olunub.

 

“Krokus Azərbaycan” MMC və “Crocus İnteriors” MMC-nin hüquqi ünvanları eynidir: Nəsimi rayonu, 28 May küçəsi, ev 5-dir.

 

Hər iki şirkətin qanuni təmsilçisi Ağalarova Cəmilə Teymur qızıdır. C.Ağalarovanın Rusiyada yaşayan tanınmış iş adamı Araz Ağalarovun qohumu olduğu bildirilir.

 

“Crocus Audit” MMC-nin hüquqi ünvanı isə Sabunçu rayonu, Naradaran qəsəbəsi, Nardaran-Ləhiş yolu küçəsi, ev 32A, mənzil 300-dür. Qanuni təmsilçisi Nurlan Ziyəddin oğlu Orucovdur.

 

Cabir Həsənov

Tarix: 27 Fevral 2025, 12:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin