BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış aktyor həyat yoldaşı ilə evində ölü tapıldı

"Oskar" mükafatı laureatı, 95 yaşlı amerikalı aktyor Cin Hekman və həyat yoldaşı Betsi Arakava evində ölü tapılıb.

 

Bu barədə “Sky News“ məlumat yayıb.

 

Onların meyiti ABŞ-nin Nyu-Meksiko ştatının Santa Fe şəhərindəki evlərində aşkarlanıb.

 

Qeyd edilib ki, aktyorun və həyat yoldaşının ölüm səbəbi hələlik dəqiq müəyyən edilməyib.

 

Hekman Uilyam Fridkinin 1971-ci ildə çəkdiyi "The French Connection" adlı filmindəki roluna görə "Ən yaxşı baş rol", Klint İsvudun 1992-ci ildə çəkdiyi "Western Unforgiven" filmindəki roluna görə isə "Ən yaxşı köməkçi aktyor" nominasiyalarında "Oskar" mükafatını qazanıb.

 

APA

Tarix: 27 Fevral 2025, 13:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin