BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə insan alverində təqsirləndirilən qadınla bağlı qərar çıxardı

Ali Məhkəmədə Bakıda insan alverində təqsirləndirilən E.Məmmədovanın barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayət təmin edilməyib.


Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Məmmədova 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin onun himayəsində 5 yaşlı övladı olduğu üçün hökmün icrası təxirə salınıb. E.Məmmədovanın övladının 14 yaşı tamam olduqda hökmün icrasına yenidən baxılacaq.


Qeyd: E.Məmmədova 2022-ci ilin mayında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.


İttiham aktına görə, o, öz qurbanlarını 2020-ci ilə qədər Türkiyənin Aydın şəhərinə aparıb. Burada onlara işləyəcəkləri ilə bağlı söz versə də, sonradan kişilərlə cinsi münasibət qurmağa vadar edib. Zərərçəkmiş 4 qızın hər biri Bakı şəhərində yaşayıblar.


E.Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsi ilə ittiham elan olunub.

 

Kamal Məmmədov 

Tarix: 28 Fevral 2025, 09:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin