BURADA REKLAMINIZ OLA
BİLƏR

Zelenskidən Trampla Ağ Evdəki mübahisədən sonra ilk BƏYANAT

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla Ağ Evdəki mübahisədən sonra ilk bəyanatını yayımlayıb.

 

Bu barədə dövlət başçısı sosial şəbəkədə yazıb.

 

"Təşəkkürlər, Amerika, dəstəyiniz üçün təşəkkürlər, bu səfər üçün təşəkkürlər. Prezidentə, Konqresə və Amerika xalqına minnətdaram. Ukraynaya ədalətli və davamlı sülh lazımdır və biz bunun üçün çalışırıq", - deyə Zelenski qeyd edib.

 

Qeyd edək ki, Zelenski ilə Trampın Ağ Evdə keçirilən görüşü zamanı tərəflər arasında gərgin anlar yaşanıb və görüş yarımçıq dayandırılıb.

 

Oxu.az

Tarix: 28 Fevral 2025, 23:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin