BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda “Eurohome” yanır - FOTOLAR - YENİLƏNDİ

Fövqəladə Hallar Nazirliyi ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.

 

Pravda.az xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.

 

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

 

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

 

***

08:35

 

Bakıda səhər saatlarında ticarət obyektlərindən birində yanğın başlayıb.

 

Pravda.az-ın xəbərinə görə, hadisə Binəqədi rayonu, Xırdalan dairəsinin yaxınlığında yerləşən “Eurohome” Ticarət Mərkəzində qeydə alınıb.

 

Qeyd edək ki, sözügedən ticarət mərkəzində əsasən inşaat materialları satılır.

Fotoları təqdim edirik
Tarix: 10 Dekabr 2019, 09:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin