BURADA REKLAMINIZ OLA
BİLƏR

Zelenski Böyük Britaniyada Starmerlə görüşüb

Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna ilə bağlı sabahkı sammitdən əvvəl Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşmək üçün baş nazirin ofisinə gəlib.


Bu haqda “Reuters“ agentliyi məlumat yayıb.


Qeyd olunur ki, Zelenski sabah paytaxt Londonda bir çox Avropa liderlərinin iştirakı və Böyük Britaniyanın baş naziri Starmerin ev sahibliyi ilə keçiriləcək Ukrayna sammitində iştirak edəcək.


Ukrayna liderinin Böyük Britaniyaya səfəri zamanı Kral Çarlsla görüşü də nəzərdə tutulur./APA

Tarix: 1 Mart 2025, 23:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin