BURADA REKLAMINIZ OLA
BİLƏR

Gənclərin İnkişaf və Karyera Mərkəzinin kotirovka sorğusu ləğv edildi

“Gənclərin İnkişaf və Karyera Mərkəzi” MMC-nin mərkəzi ofis və region nümayəndəliklərindəki printerlər üçün katriclərin alınması, doldurulması və lazer barabanların alınması ilə bağlı elan etdiyi kotirovka sorğusu ləğv edilib.

 

Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.

 

Ləğvedilmə səbəbi satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.

 

Kotirovka sorğusunun toplam dəyəri 17 558 AZN olub.

 

Cabir Həsənov

Tarix: 3 Mart 2025, 09:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin