BURADA REKLAMINIZ OLA
BİLƏR

Kanada ABŞ ilə müharibəyə hazır olduğunu açıqladı

Donald Tramp administrasiyası martın 4-də Kanada mallarına rüsum tətbiq edərsə, Kanada 155 milyard Kanada dolları (107,4 milyard dollar) məbləğində cavab rüsumları tətbiq edəcək.

 

Bu barədə jurnalistlərə ölkənin xarici işlər naziri Melani Coli məlumat verib.

 

"Tramp tariflər tətbiq etsə, biz 155 milyard Kanada dolları məbləğində rüsumlarla cavab verməyə hazır olacağıq", - nazir deyib.

 

Coli Kanadanın ABŞ prezidentinin vəd etdiyi rüsumlara hazır olduğunu bildirib.

 

Qeyd edək ki, martın 4-də ABŞ administrasiyası Kanada və Meksikadan gələn bütün idxal mallarına 25% rüsum tətbiq edəcəyini açıqlayıb.

 

APA

Tarix: 4 Mart 2025, 08:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin