BURADA REKLAMINIZ OLA
BİLƏR

Sərt karantin rejimi tətbiq edilməyən rayonlarda toylara icazə verilir? - AÇIQLAMA

 

verdiyimiz kimi dünə ölkədə 556 nəfər koronavirusa yoluxub, 346 nəfər sağalıb, 7 nəfər isə dünyasını dəyişib. Qeyd edək ki, Nazirlər Kabineti sərt karantin rejimi tədbiq edilən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonlarında 5 iyul tarixindən daha 2 həftə sərt karantin rejiminin tətbiq olunmasının nəzərdə tutulduğu bildirilib. Belə olduğu halda bütün kütləvi tədbirlər yenidən təxirə salınıb. Son dövrlər ən çox müzakirə olunan məsələlərdən biri də toylara, yaslara və kütləvi yığıncaqlara qoyulan qadağadır.

 

Sərt karantin rejimi tətbiq olunmayan rayonlarda toy və yas mərasimlərinə icazə verilə bilərmi?

 

Pravda.az-ın xəbərinə görə, məsələ ilə bağlı deputatlar açıqlama veriblər.

 

Deputat Aqil Abbas bildirib ki, Operativ Qərərgahın verdiyi qanun bütün respublika üzrədir. Çünki insanların hamısı testdən keçməyiblər və kimin daşıyıcı olub-olmadığı dəqiq bilinmir:

 

"Sadəcə həmin karantin olmayan rayonlarda xəstə yoxdur və yaxud bir-iki nəfərdilər. Onlar da karantinə alınıblar.

 

Amma insanlar toy və yasda bilmədən bir-birilərinə yoluxdura bilərlər".

 

Deputat qeyd edib ki, kənd yerlərində açıq havada az miqdarda insanların toy keirməsinə icazə verilməlidir və yəqin ki, veriləcək:

"İstəyərəm ki, açıq havalarda və müəyyən şərtlərlə toylar keçirilsin. Bildiyiniz kimi Türkiyədə 50 nəfərlik toya artıq icazə verilib".

 

Deputat Cavid Osmanov bildirib ki, dünən Operativ Qərərgah növbəti dövr üçün karantin rejiminin hansı bölgələrdə tətbiq olunacağını açıqladı və karantin rejiminin müddəti də uzadıld:

 

"Amma bu o demək deyil ki, karantin rejimi tətbiq olunmayan rayonlarda vətəndaşlar pandemiya dövründən əvvəlki kimi öz həyatlarını davam etdirə bilərlər. Virus sərhəd tanımır və Azərbaycanın bu şəhərində var və yaxud digər şəhərində yoxdur deyə bilmərik. Bu virus ölkələr arasında belə sərhəd tanımır, nəinki rayonlar arasında. Ona görə də digər rayonlarda da kütləvi toplaşmalar virusun daha çox yayılmasına səbəb ola bilər.

 

Belə ki, toy və yas mərasimlərinə Nazirlər Kabineti tərəfindən ümumilikdə qoyulan qadağalar çox doğru addımdır. Təkcə sərt karantin rejimi tətbiq olunan yerlərdə yox, bütün ölkə ərazisində o qaydalar hələ də davam etməlidir".Sonxeber.az

Tarix: 1 İyul 2020, 14:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin