BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu şəxslərin nəzərinə: Sabahdan...

“Sentyabrdan başlayaraq, xaricdə təhsillə bağlı qəbul edilən tələbələrin maliyyələşməsi həyata keçiriləcək”.

 

Pravda.az-ın məlumatına görə, bunu “2019-2023-cü illərdə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili və ikili diplom proqramlarının təşkili, eyni zamanda UFAZ-da magistratura proqramının həyata keçirilməsi ilə bağlı keçirilən onlayn mətbuat konfransında Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli bildirib.

 

Onun sözlərinə görə, bu, yaxın illər ərzində 500-ə yaxın ən yüksək səviyyəli azərbaycanlı tələbənin maliyyələşməsi deməkdir: “İl ərzində iki dəfə qəbul nəzərdə tutulmuşdu. İlk qəbul baş tutdu. 2021-ci ilin yanvar semestri üçün isə sabahdan növbəti qəbul sisteminin aktivləşdirilməsi planlaşdırılır”.

Tarix: 1 İyul 2020, 15:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin