BURADA REKLAMINIZ OLA
BİLƏR

Etibar Mirzəyev yanğın baş verən əraziyə gəldi

Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Bakının Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın baş verən əraziyə gəlib.

 

Pravda.az-ın xəbərinə görə, nazir müavini vəziyyətlə tanış olub, yanğının qarşısının alınması üçün müvafiq tapşırıqlarını verib.

 

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. "Çağırış 3" elan edilib. Yanğını söndürmək üçün Fövqəladə Hallar Nazirliyinin 3 helikopteri cəlb olunub. Yanğın zamanı 2 nəfər zəhərlənib. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.APA

Tarix: 10 Dekabr 2019, 10:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin