BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərbaycan-İsrail dövlətlərarası münasibətlərin hazırki mərhələsi" adlı konfrans keçirildi - FOTO

Bu gün Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun rəhbəri, deputat Anatoli Rafailov, qrup üzvləri deputat Asim Mollazade, Ramin Mammadov, Şahin Seyidzadə, İsrail parlementinin üzvləri Evgeny Sova, Andrey Kozhinov, İsrailin keçmiş müdafiə naziri Dr. Efrayim Sneh, "Holon Texnologiya İnstitutu"nun Prezidenti prof. Eduard Yakubov və xanım Tony Levynin iştirakı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, "İsraildəki Azərbaycan Evi" nin icraçı direktoru Arye Gutun moderatorluğu ilə "Qlobal pandemiya dövründə Azərbaycan-İsrail dövlətlərarası münasibətlərin hazırki mərhələsi" adlı onlayn konfrans keçirilib.

 

Pravda.az-ın xəbərinə görə, konfransda Azərbaycan və İsrail dövlətləri arasında təhsil sahəsində sıx əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, İsrail Dövlətinin Xarici İşlər Nazirliyinin İnkişaf naminə beynəlxalq əməkdaşlıq agentliyinin (MAŞAV) ölkəmizdə fəaliyyətinin genişləndirilməsi, Texnologiya və innovasiya, sahibkarlıq, biznes inkubatorlar sahəsində hər iki dövlət arasında qarşılıqlı əməkdaşlıq, Artıq ölkəmizdə ortaya çıxan içməli və suvarma suları ilə bağlı olan problemlərlə bağlı innovativ həllər istiqamətində təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə olunub.

Fotoları təqdim edirik
Tarix: 1 İyul 2020, 17:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin