BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan Dövlət Aqrar Universiteti qəzetlərə pul verə bilmədi

Azərbaycan Dövlət Aqrar Universitetinin 2025-ci il üçün mətbuatda gündəlik baş verən və tez tez dəyişilən hadisələrin işıqlandırılması ilə bağlı kotirovka sorğusu ləğv olunub.

 

Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti qəbul edib.

 

Qeyd olunub ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

 

Kotirovka sorğusunun ümumi dəyəri 3 400 AZN olub.

 

Buraya “Azərbaycan”, “Xalq”, “Bakinskiy Raboçiy”, “Yeni Azərbaycan” və “Səs” qəzetləri daxildir.

 

Cabir

Tarix: 10 Mart 2025, 11:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin