BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qarabağ” APOEL-ə uduzub YENİLƏNDİ - 3

Avropa Liqasının qrup mərhələsinin IV turunun APOEL (Kipr) - “Qarabağ” (Azərbaycan) oyununda üçüncü qol vurulub.

 

Pravda.az-ın məlumatına görə, Nikosiyada keçirilən matçın 88-ci dəqiqəsində ev sahibləri hesabda önə keçiblər. Bu dəfə Nkolas İoannou fərqlənib - 2:1.

 

***

Avropa Liqasının qrup mərhələsinin IV turunun APOEL (Kipr) - “Qarabağ” (Azərbaycan) oyununda hesab dəyişib.

 

Pravda.az-ın məlumatına görə, Nikosiyada keçirilən matçın 59-cü dəqiqəsindən ev sahibləri status-kvonu bərpa ediblər. Lukas Souzanın zərbəsi dəqiq alınıb - 1:1.

 

***

 

Avropa Liqasının qrup mərhələsinin IV turunun APOEL (Kipr) - “Qarabağ” (Azərbaycan) oyununda ikinci hissə start götürüb.

 

Pravda.az-ın xəbərinə görə, Nikosiyada keçirilən matçın ilk 45 dəqiqəsindən Azərbaycan çempionu 1:0 hesabı ilə irəlidədir.

 

***

 

Avropa Liqasının qrup mərhələsinin IV turunun APOEL (Kipr) - “Qarabağ” (Azərbaycan) oyununda hesab açılıb.

 

Pravda.az-ın xəbərinə görə, Nikosiyada keçirilən matçın 10-cu dəqiqəsində Azərbaycan çempionu fərqlənib. Maksim Medvedev dəqiq zərbə ilə Ağdam təmsilçisini hesabda önə keçirib - 1:0.

***

"Qarabağ" və APOEL (Kipr) komandalarının UEFA Avropa Liqasında qrup mərhələsinin IV tur oyunu üçün start heyətləri açıqlanıb.

 

Pravda.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

 

APOEL: 27. Vid Belets, 6. Savvas Gentsoqlu, 8. Lukas Souza, 9, Linus Hallenius, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 23. Joaozinyo, 29. Praxitelis Vouros, 44. Nikolas Yannu (k), 90. Vuyadin Saviç, 91. Draqan Mixayloviç

 

"Qarabağ": 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Ailton Silva, 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 8. Miçel, 10. Dani Kintana 14.Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov.

 

Qeyd edək ki, bu gün Nikosiyadakı "GSP Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 21:55-də başlanacaq.

Tarix: 7 Noyabr 2019, 22:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin