BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycan polisi asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir” – Adil Əliyev

Milli Məclisin sədr müavini Adil Əliyev 2 iyul – Azərbaycan Polisinin peşə bayramı münasibətilə onları təbrik edib.

 

Pravda.az-ın xəbərinə görə, təbrikdə deyilir:

 

“Ulu Öndər Heydər Əliyevin 24 may 1998-ci il tarixli Fərmanı ilə 2 iyul ölkəmizdə Polis İşçiləri Günü kimi qeyd olunur. Bugün Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirməklə ona bəslənən inam və etimadı doğruldurlar.

 

Peşə bayramı münasibətilə polis əməkdaşlarını səmimi qəlbdən təbrik edir, xidməti fəaliyyətlərində uğurlar arzu edirəm”.

Tarix: 2 İyul 2020, 11:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin