BURADA REKLAMINIZ OLA
BİLƏR

Rövnəq Abdullayev işçilərin aylıq əlavə ödənişlərini 50 faiz azaltdı

Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyasına qarşı aparılan mübarizə tədbirləri və təcrid rejimi SOCAR-ın maliyyə imkanlarına mənfi təsir göstərib. Nəticədə SOCAR-ın müvafiq əmri ilə xərclərin azaldılması ilə bağlı tədbirlər həyata keçirilməkdədir.

 

Pravda.az-ın xəbərinə görə, bu tədbirlərin davamı olaraq əmək haqqı xərclərinin azaldılmasını təmin etmək məqsədi ilə SOCAR tərəfindən Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə (ANQSİHİRK) müraciət olunaraq, SOCAR-da çalışan işçilərin səlahiyyətli nümayəndəsi kimi peşəkarlığa və xüsusi xidmətlərə, eləcə də aparıcı, məsul işçilərə və səlahiyyətə görə işçilərə təyin edilmiş aylıq əlavə ödəniş məbləğlərinin 1 iyul 2020-ci il tarixdən 50% azaldılması ilə bağlı münasibət bildirilməsi xahiş edilib.

 

Komitə tərəfindən SOCAR-ın müraciətinə baxılıb və 22 iyunda keçirilmiş iclasda aylıq əlavə ödəniş məbləğlərinin azaldılmasına razılıq verilib.

 

Daha sonra SOCAR prezidenti Rövnəq Abdullayev əmr imzalayıb. Əmrdə deyilir:

 

“1. SOCAR-ın 28 dekabr 2015-ci il tarixli SOCAR/15-1000/01/SM-04-000099 nömrəli “Əməyin təşkili və normalaşdırılması sahəsində standartların təsdiq və tətbiq edilməsi” haqqında əmri ilə təsdiq edilmiş “Əməyin ödənişi üzrə işçi kateqoriyalarının idarə olunması (SOCARSS-010.2015)” standartına və “Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işçilərin əməyinin ödənilməsi haqqında Əsasnamə”nin 19-cu Əlavəsinə əsasən, peşəkarlığa və xüsusi xidmətlərə, eləcə də aparıcı, məsul işçilərə və səlahiyyətə görə işçilərə təyin edilmiş aylıq əlavə ödənişlərin məbləğlərinin 01 iyul 2020-ci il tarixdən 50% azaldılması ilə bağlı tədbirlər görülsün.

 

2. Baş ofisin İnsan Resursları Departamentinə, İqtisadiyyat və Uçot İdarəsinə və SOCAR-ın strukturuna daxil olan qurumların rəhbərlərinə tapşırılsın ki, bu əmrin icrası ilə bağlı zəruri tədbirlərin görülməsi təmin edilsin.

3. Bu əmrin icrasına nəzarət SOCAR-ın İqtisadi məsələlər üzrə vitse-prezidenti S.Qasımova həvalə edilsin”.

 

SOCAR-ın İcitmai əlaqələr və təbdbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Modern.az-ın sorğusuna cavab olaraq, faktı təsdiqləyib: “Dünayada baş verən pandemiya ilə bağlı şirkətin gəlirlərində yaranmış azalmalar səbəbindən əsas maaş olduğu kimi saxlanılmaqla, maaşa əlavələr 50 faiz azaldılıb”.

Tarix: 2 İyul 2020, 11:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin