“XII Qlobal Bakı Forumun açılış mərasimində Ceyhun Bayramovun verdiyi açıqlamalara əsasən deyə bilərik ki, artıq sülh müqaviləsinin ümumi mətni ilə bağlı razılıq əldə olunub və bu istiqamətdə razılaşdırılmamış hər hansı bənd qalmayıb. Amma ümumilikdə sülh prosesinin yekunlaşması və sülh müqaviləsinin imzalanması üçün bütün şərtlər Ermənistan tərəfindən yerinə yetirilmədiyindən yaxın perspektivdə sülh müqaviləsinin imzalanması hələ ki gündəlikdə olan məsələlər qismində dəyərləndirilə bilməz. Çünki Ermənistan tərəfindən götürülən öhdəliklər, Azərbaycan tərəfindən irəli sürülmüş Zəngəzur dəhlizinin açılması, Ermənistan ərazisinə hərbsizləşdirilmiş - demilitarizasiya edilmiş zonanın yaradılması və Azərbaycanın Ermənistanla birlikdə ATƏT-in Minsk Qrupunun ləğv olunması ilə bağlı müraciətinin ünvanlanması kimi şərtlər var. Bunlar da mütləq şəkildə Ermənistan tərəfindən yerinə yetirilməlidir”.
Bu sözləri Pravda.az-a açıqlamasında politoloq Aytən Qurbanova deyib.
Politoloq bildirib ki, ən əsas prinsipial məsələ Ermənistan Konstitusiyasına ediləcək dəyişikliklə bağlıdır: “Bildiyimiz kimi, Konstitusiyanın preambula hissəsində müstəqillik aktına istinad var. Müstəqillik aktı da Azərbaycana qarşı olan ərazi iddialarını özündə ehtiva edir və bu da davamlı sülhə zərbə vuran ən əsas istiqamətlərdən biridir. Çünki imzalanacaq sülh mətninin perspektivdə davamlılığını təmin etmək, Ermənistan tərəfindən hər hansı formada yenidən ərazi iddialarının səsləndirilməyəcəyinə dair hüquqi öhdəliyin götürülməsi regionda sülh və sabitlik üçün ən əsas prinsipial şərtdir. Bir sözlə, Ermənistan götürdüyü öhdəlikləri, Azərbaycan tərəfindən irəli sürülən şərtləri yerinə yetirdiyi halda sülh müqaviləsinin imzalanması ilə bağlı hər hansı formada mümkün reallıq nəzərdən keçirilə bilər. Digər istiqamət budur ki, Ermənistan sülh danışıqları ilə bağlı sözdə və görüntüdə konstruktiv mövqe nümayiş etdirsə də, sülhü imitasiya etsə də, arxa pərdədə hərbiləşdirilir. Ermənistanın Avropanın fərqli-fərqli siyasi mərkəzləri tərəfindən hərbiləşməsi davam etməklə yanaşı, regionda yeni münaqişə ocağının yaradılmasını hədəfləyən təxribatlar, atəşkəsin mütəmadi pozulması halları, Ermənistanda revanşist əhvali-ruhiyyəli çıxışlar, işğalçılıq ideologiyasını yaymaq üçün platforma yaradılması, onun himayə edilməsi bir daha göstərir ki, sülhü imitasiya edən Ermənistan və himayədarları heç də sülh hədəfli deyil. Ya da onların sülh anlayışı ilə beynəlxalq hüquqa və ədalətə əsaslanan sülh prosesinə, sülh müqaviləsinə dair anlayışlar üst-üstə düşmür. Beləliklə, bəndlər üzrə razılıq əldə olunsa da, təəssüf ki, qarşımızda sülh müqaviləsini imzalamağa hazır, etibarlı tərəfdaş görmədiyimiz üçün yaxın perspektivdə sülh müqaviləsinin imzalanması hələ real görünmür”.
Aytəkin Qardaşova
27 Aprel 17:23
27 Aprel 17:21
27 Aprel 16:54
27 Aprel 16:39
27 Aprel 16:08
27 Aprel 15:55
27 Aprel 15:14
27 Aprel 14:59
27 Aprel 14:53
27 Aprel 13:55
27 Aprel 13:54
27 Aprel 13:52
27 Aprel 13:50
27 Aprel 13:46
27 Aprel 13:38
27 Aprel 13:36
27 Aprel 13:35
27 Aprel 13:32
27 Aprel 12:29
27 Aprel 12:16
27 Aprel 11:35
27 Aprel 11:31
27 Aprel 11:29
27 Aprel 09:47
27 Aprel 09:15
27 Aprel 09:02
27 Aprel 08:55
27 Aprel 08:54
27 Aprel 08:48
27 Aprel 00:01
27 Aprel 00:00
26 Aprel 23:53
26 Aprel 23:49
26 Aprel 22:28
26 Aprel 22:26
26 Aprel 22:24
26 Aprel 22:12
26 Aprel 21:50
26 Aprel 21:48
26 Aprel 21:39
26 Aprel 21:35
26 Aprel 20:12
26 Aprel 19:18
26 Aprel 19:16
26 Aprel 19:14
26 Aprel 19:10
26 Aprel 17:43
26 Aprel 17:26
26 Aprel 17:13
26 Aprel 17:04
26 Aprel 16:37
26 Aprel 15:17
26 Aprel 15:12
26 Aprel 14:01
26 Aprel 13:58
26 Aprel 13:34
26 Aprel 13:18
26 Aprel 13:15
26 Aprel 13:13
26 Aprel 13:12
26 Aprel 13:10
26 Aprel 12:27
26 Aprel 12:00
26 Aprel 11:41
26 Aprel 11:28
26 Aprel 11:26
26 Aprel 11:02
26 Aprel 10:57
26 Aprel 10:36
26 Aprel 10:16
26 Aprel 09:44
26 Aprel 09:40
26 Aprel 09:37
26 Aprel 09:15
26 Aprel 09:14
26 Aprel 09:08
26 Aprel 09:07
26 Aprel 09:05
26 Aprel 09:03
26 Aprel 09:01
26 Aprel 08:44
26 Aprel 08:43
26 Aprel 08:41
26 Aprel 08:38
26 Aprel 08:34
26 Aprel 08:13
26 Aprel 08:06
26 Aprel 07:03
26 Aprel 07:02
26 Aprel 07:00
26 Aprel 06:57
26 Aprel 06:55
26 Aprel 06:54
26 Aprel 06:53
26 Aprel 06:51
26 Aprel 06:27
26 Aprel 00:03
25 Aprel 23:27
25 Aprel 23:24
25 Aprel 23:20
25 Aprel 22:38
25 Aprel 22:34
25 Aprel 21:31
25 Aprel 21:24
25 Aprel 21:12
25 Aprel 20:57
25 Aprel 20:55
25 Aprel 20:54
25 Aprel 20:49
25 Aprel 20:47
25 Aprel 20:43
25 Aprel 20:29
25 Aprel 19:42
25 Aprel 19:39
25 Aprel 19:38
25 Aprel 19:36
25 Aprel 19:11
25 Aprel 18:09
25 Aprel 18:07
25 Aprel 18:00
25 Aprel 17:42
25 Aprel 17:39
25 Aprel 17:37
25 Aprel 17:35
25 Aprel 17:34
25 Aprel 17:21
25 Aprel 17:18
25 Aprel 17:07
25 Aprel 16:59
25 Aprel 16:56
25 Aprel 16:53
25 Aprel 16:36
25 Aprel 16:21
25 Aprel 16:20
25 Aprel 16:19
25 Aprel 16:18
25 Aprel 16:17
25 Aprel 16:16
25 Aprel 16:15
25 Aprel 16:14
25 Aprel 16:10
25 Aprel 16:08
25 Aprel 16:07
25 Aprel 15:56
25 Aprel 15:54
25 Aprel 15:48
25 Aprel 15:47
25 Aprel 15:45
25 Aprel 15:42
25 Aprel 15:31
Ən son xəbərləri səhifəmizdən də izləyin