BURADA REKLAMINIZ OLA
BİLƏR

Xətai rayonunda abad məhəllədə Novruz şənliyi təşkil olunub - FOTOLAR

Martın 14-də Xətai rayonu, R.Məmmədov küçəsi 24,26 ünvanında Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əiyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində yaradılan məhəllədə Novruz şənliyi təşkil olunub.


Pravda.az xəbər ki, məhəllə sakinləri, ağsaqqallar, şəhid ailələri üzvləri, qazilər Bayramı yüksək sevinc hissi ilə qeyd ediblər.

 

Bayramda Novruz atributları, milli mətbəximizin və geyimlərimizin nümunələri nümayiş etdirilib, müğənnilər müxtəlif mahnılar səsləndirib, Kosa, Keçəl və Bahar qızı toplaşanları şənləndirib və Bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs ediblər.

Fotoları təqdim edirik
Tarix: 14 Mart 2025, 21:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin