BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyəti martın 17-də Şəhidlər xiyabanını ziyarət edib.

 

Pravda.az xəbər verir ki, ziyarət zamanı ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər çiçəklər düzülüb.

 

Federasiya Şurasının sədri Valentina Matviyenko “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Fotoları təqdim edirik
Tarix: 17 Mart 2025, 12:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin