BURADA REKLAMINIZ OLA
BİLƏR

Ramiz Zeynalov yanğın baş verən əraziyə gəldi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov "EuroHome” tikinti materialları bazarında yanğın baş verən əraziyə gəlib.

 

Pravda.az-ın xəbərinə görə, DYP rəisi ərazidə nəqliyyatın hərəkətinin tənzimlənməsində iştirak edib, zəruri tapşırıqlarını verib.

 

R. Zeynalov DYP-nin şəxsi heyətinin, həmçinin Post Patrul Xidmətinin, eləcə də digər əlaqəli qurumların səfərbər olunduğunu deyib: “Hazırda hər iki istiqamətdə yol açıqdır. Müəyyən sıxlıq var və bunun da aradan qaldırılması üçün tədbirlər görülür. Hesab edirəm ki, əhali bu işdə bizə kömək edir. Sürücülər diqqətli və təmkinli olmalıdır. Mövcud vəziyyəti düzgün qiymətləndirmək lazımdır”. 

 

Tarix: 10 Dekabr 2019, 11:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin