BURADA REKLAMINIZ OLA
BİLƏR

Eritreyada girov götürülən Azərbaycan gəmiləri ilə bağlı XİN-dən AÇIQLAMA

Azərbaycan Xarici İşlər Nazirliyi 4 aydan çoxdur, heyətlə birgə Eritreyada girov götürülən Azərbaycan gəmiləri ilə bağlı suala cavab verib. 

 

Xarici İşlər Nazirliyinin Mətbuat katibi Ayxan Hacızadə Pravda.az-a bildirib ki, məsələ ilə əlaqədar yeni bir açıqlama yoxdur: “Müvafiq iş aparılır. Yekun nəticə əldə olunandan sonra məlumat veriləcək”.

 

Xatırlatma: “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialı tərəfindən istismar olunan Azərbaycanın dövlət bayrağı altında üzən “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreyanın ərazi sularına məcburi giriş edib. XİN tərəfindən yanvar ayında verilən açıqlamada bildirilmişdi ki, keçid zamanı Eritreyanın liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmayıb. Bu səbəbdən dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra Eritreyanın müvafiq qurumu tərəfindən girişin icazəsiz olduğu vurğulanıb və gəmilər saxlanılıb. Gəmilərdə heyət üzvlərindən 18 nəfəri Azərbaycan vətəndaşıdır. Açıqlamada həmçinin hadisə ilə bağlı ilkin məlumatlar 2024-cü il noyabrın 7-də işçi qaydada Xarici İşlər Nazirliyinə daxil olduqdan sonra məsələnin nəzarətə götürüldüyü bildirilmişdi.

 

Aytəkin Qardaşova

Tarix: 17 Mart 2025, 12:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin