BURADA REKLAMINIZ OLA
BİLƏR

Dövlət Reklam Agentliyi 76.6 minlik 2 ofis icarəyə götürəcək

“Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi” publik hüquqi şəxsi Gəncə Regional Reklam İdarəsi və Lənkəran Regional Reklam İdarəsi üçün ofis icarəyə götürüb.

 

Pravda.az-ın xəbərinə görə, Agentlik ümumilik 76 688 AZN xərcləyəcək.

 

Lənkəran Regional Reklam İdarəsi üçün ofisi fərdi sahibkar Nəhmətova Kürsüm Bağır qızından (33 488 AZN), Gəncə Regional Reklam İdarəsi üçün ofisi isə Fərdi sahibkar Axundova Aidə Məmmədəliyevna qızının adından onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Qurbanəliyev Çingiz Midhət oğlundan (43 200 AZN) götürüb.

 

Bu müqavilələr üzrə satınalma prosedurları dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

 

Cabir

 

Tarix: 18 Mart 2025, 08:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin