BURADA REKLAMINIZ OLA
BİLƏR

Qonşusunu blokda döyən şəxs məhkəmə zalından həbs olundu

Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Fərrux Alıyevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan edilib və məhkəmə zalından həbs olunub.

 

İttihama görə, hadisə 12 yanvar 2024-cü il tarixdə, saat 18 radələrində Qax şəhəri, H.Tağıyeva küçəsində yerləşən binaların birinin blokunda qeydə alınıb.

 

Belə ki, Fərrux Alıyev blokun birinci mərtəbəsində qonşusu Müşfiq Quliyevlə (soyadı şərti) qarşılaşıb. Onların aralarında mübahisə baş verib. Bu zaman təqsirləndirilən şəxs zərərçəkmişin sifət nahiyəsinə, yəni, göz, burun və ağız nahiyəsinə çoxsaylı yumruq zərbələri vurub. Nəticədə o, Müşfiq Quliyevə sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirib.

 

Hadisədən sonra Fərrux Alıyev saxlanılaraq barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.

 

Kamal Məmmədov

Tarix: 18 Mart 2025, 09:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin