“Ermənistam və Azərbaycan arasında yeni müharibə olacağını istisna edirəm. Ermənistan Azərbaycanla müharibəyə girərsə, hansı faciələrlə üzləşə biləcəyinin fərqindədir. Amma əgər buna təhrik ediləcəklərsə, Zəngəzur və Göyçəni əhatə edən təhlükəsizlik zolağını yaradacağımız da şübhəsizdir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

Deputat bildirib ki, ermənilər həmişəki kimi sözdə bir, əməldə bir olduqlarını nümayiş etdirirlər: “Ermənistan rəhbərliyi, başda Nikol Paşinyan, xarici işlər naziri və digər rəsmilər mütəmadi şəkildə sülhə hazır olduqlarını, əsas məqamları razılaşdırdıqlarını, sadəcə, Azərbaycanın bununla bağlı məsələdə guya yubandığını qeyd edirlər. Əslində, bunu beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün edirlər. Çox yaxşı bilirlər ki, Azərbaycanın haqlı tələbləri var və bu tələblər həm ədalətə, həm də beynəlxalq hüquqa söykənir. Ermənistan konstitusion müstəvidə Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir. Digər öhdəlikləri isə hər zaman sadalayırıq. Bütün bunların fonunda Azərbaycan dəfələrlə sülh müqaviləsi imzalamağa hazır olduğunu nümayiş etdirib. Əslində Vətən müharibəsindən sonra sülh müqaviləsinin imzalanması ilə bağlı təklif elə Azərbaycan tərəfinin təşəbbüsü olub. Bu gün Ermənistana sülh müqaviləsinin imzalanması bizdən daha çox lazımdır. Bizim üçün yollar açıqdır, iqtisadiyyatımızın inkişafında problemlər yoxdur. Əksinə, problemlər Ermənistanın özündədir. Ermənistan kölə dövlətidir, nökər olmağa hər zaman hazırdır. Şimal qonşumuzun forpostu olaraq indi də qalmaqdadır. Eyni zamanda Paşinyanı hakimiyyətə gətirənlər onun üzərinə öhdəliklər qoyublar ki, Qərb güclərini Ermənistanda yerləşdirsin, Rusiyanı sıxışdırıb çıxarsın. Ermənilər bu gün də havadarlarının, dəstək verənlərinin fonunda revanşist addımlar atmağa təhrik edilirlər. Şərti sərhəddə atəşkəs rejimini pozurlar. Azərbaycan ərazilərinə silahlı müdaxilələr də olur, xüsusilə son günlər mövqelərimiz atəşə tutulur. Bütün bunlar deməyə əsas verir ki, Ermənistana havadarlıq edənlər əslində tezliklə sülh müqaviləsinin imzalanmasında maraqlı deyillər. Bu müddəti uzatmaq prosesində Ermənistanı alətə çeviriblər. Ermənistan rəhbərliyi də onların yedəyində gedir, dedikləri ilə oturub-durur. Bu səbəbdən Azərbaycanın haqlı tələblərini yerinə yetirmir. Çox yaxşı bilirlər ki, konstitusion müstəvidə Azərbaycana qarşı ərazi iddialarından əl çəkilmədikcə sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz. İstənilən halda, Ermənistan başa düşməlidir ki, regiondan kənar qüvvələri cəlb etməklə nəyəsə nail ola bilməyəcək. Əksinə, özü üçün ciddi problemlər yaradacaq. Bu baxımdan, Azərbaycan və qardaş Türkiyə ilə münasibətlərin normallaşmasında maraqlı olmalıdır”.
Aytəkin Qardaşova
16 Mart 12:21
16 Mart 12:19
16 Mart 11:37
16 Mart 11:32
16 Mart 11:31
16 Mart 10:38
16 Mart 10:36
16 Mart 10:25
16 Mart 10:23
16 Mart 10:22
16 Mart 10:20
16 Mart 10:18
16 Mart 09:29
16 Mart 09:09
16 Mart 09:06
16 Mart 08:53
16 Mart 08:51
16 Mart 08:47
16 Mart 08:46
16 Mart 08:40
16 Mart 08:34
16 Mart 08:25
16 Mart 08:23
16 Mart 08:20
16 Mart 08:14
16 Mart 08:09
16 Mart 08:05
16 Mart 07:58
16 Mart 02:20
16 Mart 02:14
16 Mart 01:31
16 Mart 01:18
16 Mart 00:47
16 Mart 00:36
16 Mart 00:33
16 Mart 00:30
16 Mart 00:28
16 Mart 00:26
15 Mart 23:26
15 Mart 22:45
15 Mart 20:49
15 Mart 20:44
15 Mart 20:18
15 Mart 20:14
15 Mart 18:39
15 Mart 18:35
15 Mart 17:55
15 Mart 17:20
15 Mart 15:39
15 Mart 14:32
15 Mart 14:03
15 Mart 12:42
15 Mart 11:58
15 Mart 11:02
15 Mart 10:28
15 Mart 08:56
15 Mart 08:54
15 Mart 08:45
15 Mart 08:40
15 Mart 00:44
15 Mart 00:41
14 Mart 23:44
14 Mart 23:38
14 Mart 20:50
14 Mart 19:20
14 Mart 17:34
14 Mart 16:42
14 Mart 16:37
14 Mart 16:31
14 Mart 16:26
14 Mart 16:24
14 Mart 16:03
14 Mart 15:57
14 Mart 15:37
14 Mart 14:55
14 Mart 14:53
14 Mart 14:29
14 Mart 14:27
14 Mart 14:24
14 Mart 14:22
14 Mart 14:06
14 Mart 13:53
14 Mart 13:01
14 Mart 12:59
14 Mart 12:38
14 Mart 12:37
14 Mart 12:11
14 Mart 12:06
14 Mart 12:03
14 Mart 10:59
14 Mart 10:57
14 Mart 10:00
14 Mart 09:11
14 Mart 09:06
14 Mart 08:51
14 Mart 08:39
14 Mart 08:14
14 Mart 02:28
14 Mart 02:25
14 Mart 01:25
13 Mart 23:00
13 Mart 22:19
13 Mart 21:10
13 Mart 21:07
13 Mart 20:06
13 Mart 20:02
13 Mart 20:01
13 Mart 19:47
13 Mart 18:53
13 Mart 18:15
13 Mart 18:11
13 Mart 18:09
13 Mart 18:04
13 Mart 18:03
13 Mart 17:28
13 Mart 17:16
13 Mart 17:10
13 Mart 17:07
13 Mart 17:03
13 Mart 16:56
13 Mart 16:29
13 Mart 16:25
13 Mart 16:14
13 Mart 16:08
13 Mart 15:50
13 Mart 15:46
13 Mart 15:42
13 Mart 15:25
13 Mart 15:16
13 Mart 15:04
13 Mart 14:54
13 Mart 14:43
13 Mart 14:40
13 Mart 14:31
13 Mart 14:30
13 Mart 14:20
13 Mart 14:10
13 Mart 13:57
13 Mart 13:42
13 Mart 13:13
13 Mart 12:53
13 Mart 12:25
13 Mart 12:21
13 Mart 12:19
13 Mart 12:15
13 Mart 12:14
13 Mart 12:10
13 Mart 12:00
13 Mart 11:58
13 Mart 11:51
Ən son xəbərləri səhifəmizdən də izləyin