BURADA REKLAMINIZ OLA
BİLƏR

Tramp və Putin arasında telefon danışığı olub - YENİLƏNDİ

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

 

Bu barədə Kreml məlumat yayıb.

 

Bildirilib ki,Putin və Tramp telefon danışığında Ukrayna ətrafındakı vəziyyətlə bağlı ətraflı və səmimi fikir mübadiləsini davam etdiriblər.

 

Putin Trampı martın 19-da Rusiya və Ukrayna tərəfləri arasında 175-ə 175 məhbus mübadiləsi aparılacağı barədə məlumatlandırıb.

 

Putin və Tramp dünyada sabitlik üçün ortaq məsuliyyətləri fonunda ikitərəfli münasibətlərin normallaşdırılmasının tərəfdarı olduqlarını bildiriblər.

 

Rusiya Federasiyası və ABŞ prezidentləri telefon danışığında qaldırılan bütün məsələlərlə bağlı təmasları davam etdirmək barədə razılaşıblar.

 

APA

 

***

20:54

 

Hazırda ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında telefon danışığı aparılır.

 

Pravda.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbərinin müavini Den Skavino "X" sosial şəbəkəsində yazıb.

 

"Prezident Tramp hazırda Oval kabinetdədir və səhər saat 10:00-dan etibarən Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparır. Söhbət müsbət irəliləyir və hələ də davam edir", - o yazıb.

Tarix: 18 Mart 2025, 21:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin