BURADA REKLAMINIZ OLA
BİLƏR

İranda son sutkada daha 2 652 nəfər koronavirusa yoluxdu

İranda son sutkada daha 2 652 nəfər koronavirusa yoluxub.

 

Pravda.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.

 

Onun sözlərinə görə, son sutkada 148 nəfər koronavirusun qurbanı olub. Bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 11 106, yoluxanların sayı isə 232 863 nəfərə yüksəlib. 194 098 pasiyentin sağaldığı bildirilib.

 

Qeyd edək ki, Səhiyyə Nazirliyi ölkənin Xuzistan, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Hürmüzqan, Kürdüstan, Buşehr, Rezavi Xorasan və Kirmanşah əyalətlərinin qırmızı bölgə olduğunu elan edib.

 

Əhalinin sıx olduğu bütün qırmızı bölgələrdə insanlar iyulun 5-dən iyulun 21-dək maska taxmalıdırlar. Bildirilib ki, ehtiyac olarsa karantin müddəti uzadıla bilər.Report

 

Tarix: 2 İyul 2020, 16:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin