BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadını döyən qısqanc ərə cəza verildi

 

 

 

 

 

Suraxanı Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən İntiqam Fərəcovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona 1 il müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

 

İttihama görə, hadisə 30 noyabr 2024-ci il tarixdə, saat 23:00 radələrində paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, İntiqam Fərəcov yaşadıqları evdə həyat yoldaşı, zərərçəkmiş Maya Fərəcovanın (şərti) ona xəyanət etməsini düşünüb. O, bu barədə qadından soruşarkən onların arasında mübahisə yaranıb. Sonra qısqanc ər qəsdən əli ilə arvadının bədəninin müxtəlif nahiyələrinə və kəllə ilə sol göz nahiyəsinə vurub ona sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirib.

 

Hadisədən sonra İntiqam Fərəcov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 19 Mart 2025, 09:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin