“USAİD-nin fəaliyyəti ABŞ-nin ali rəhbərliyi - yeni Prezidenti tərəfindən, demək olar, dayandırıldı. 2024-cü ilin sonuna doğru Azərbaycan dövləti fəal şəkildə öz iradəsini ortaya qoymuşdu və USAİD-lə onların irəli sürdükləri istiqamətlərdə əməkdaşlıq etməyin qeyri-mümkün olduğunu bildirmişdi. Faktiki olaraq USAİD-nin fəaliyyətinin dayandırılmasına dair Azərbaycan dövləti tərəfindən qərar çıxarılmışdı. On illər ərzində cənab Prezident bu qurumların istər qlobal çapda, istərsə də ayrı-ayrı ölkələr içində hakimiyyətlərə alternativ yaratmaq, separatizmi, təcavüzkarlığı müdafiə etmək, milli dövlət sistemlərini zəiflətmək, cəmiyyətdə əksər hallarda etnik və digər bölücülükləri gücləndirmək, xüsusilə ənənəvi dəyərlərə zərbə vurmaq istiqamətində apardıqları donor mənbə kimi layihələrinin ağırlıqlı hissəsinin bu məsələlərə yönəldiyini dəfələrlə vurğulayıb. Doğrudur ki, onlar ötən əsin 60-cı illərindən hələ Con Kennedinin zamanından yaranmışdılar və indi bəlli olur ki, bütün dünya çapında yüz milyardlarla dollar vəsait xərcləyib, bir sıra hallarda korrupsiyanın yeminə çevriliblər. Əksər hallarda isə rejim dəyişdirmə əməliyyatları, ayrı-ayrı ölkələrin içində alternativ qüvvə kimi istirak etmə, partiyaları maliyyələşdirmə, üçüncü sektoru əldə saxlamaq, nüfuz agentlikləri formalaşdırmaq - bütün bu xətlər sistemli olaraq gerçəkləşib”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc deyib.
“Ən dəhşətlisi Donald Trampın dilə gətirdiyi Moldovada rəngli bayraqlardır. Dərinə getmək istəmirəm, söhbətin nədən getdiyi bəllidir... 20 milyon dollar ayrılan layihələrin bu sahələrə yönəlməsi, ta Afrikaya qədər bu səpkili, hətta laboratirayalarda sanki ayrı-ayrı heyvanların üzərində aparılan təcrübələrin, eksperimentlərin sonradan cəmiyyətə tətbiqi - bütün bunar USAİD-ni beynəlxalq miqyasda ifşa etdi. Bütün bu proseslər on illər öncə məhz bizim ölkəmizdə başlamışdı. “Narıncı dalğa” onların strategiyalarının əsasını təşkil edirdi. İnqilabi vasitələrlə ölkələrin həyatına müdaxilə etmək istəyirdilər. Ötən əsrin 80-ci illərində ayrı-ayrı hökumətləri devirdilər. Sonrakı dövrdə yumşaq güc alətlərini önə çıxardılar. Cənab Prezident İlham Əliyevin 2005-ci ildə sərt iradəsi ilə Gürcüstandan sonra Azərbaycanda həyata keçirilməsi istənilən həmin narıncı dalğanın qarşısı alındı. Bundan sonrakı dövrdə “Vikiliks” hadisəsi Departamentə yazılan məxfi məlumatları tam ortaya qoydu. Məlum oldu ki, səfirlikdən göndərilən depeşlərin hamısında Azərbaycan dövlətinin möhkəmlənməyə başladığını, burada inqilab baş verməsə, yalnız Gürcüstan vasitəsilə Cənubi Qafqazı tutmağın çətin olacağını vurğulayıblar. “Vikiliks” materiallarına baxsanız, görəcəksiniz. Orada USAİD-nin çətiri altında olan şəbəkə qurumlar var. 2014-cü ildən Almaniyada guya mütəşəkkil cinayətkarlığa qarşı mübarizə üzrə jurnalistlərin birliyini yaratdılar. Halbuki yüz milyonlarla haker məlumatlarını ora ötürürdülər. Bu, necə ola bilərdi? Deməli, arxalarında müxtəlif xüsusi xidmət orqanları dayanırdı, o cümlədən dövlət iradəsi üzərindən hərəkət edirdilər. İndi bəlli oldu ki, USAİD-nin ən mühüm partnyorlarından biri həmin birlik olub. Dəfələrlə bizim ölkəmizə qarşı da saxta məlumatları qlobal çapda tirajlamaqla məşğul idilər. “Pandora Papers”, “Panama Papers”, “Paradise Papers...” Biz onları “4P” proqramı adlandırmışdıq və ifşa etmişdik. Təmsil etdiyim Sosial Tədqiqatlar Mərkəzi bununla bağlı geniş tədqiqatlar aparmışdı. “Azadlıq radiosu” və “Amerikanın səsi”nə gəlincə... Əlbəttə ki, İkinci Dünya müharibəsi dövründə bunlar bir sıra hallarda həqiqətin səsi olmağa çalışmışdılar. Ayrı-ayrı ərazilərdə müxtəlif müsbət nümunələrini daha çox qabardırdılar. Sonrakı dövrdə isə bəlli oldu ki, indi Trampın dediyi kimi, sol, radikal qüvvələrin, hətta dəlilərin ixtiyarındadırlar. Marks və Lenin dirilsəydi, bunların həyata keçirdikləri solsuzluq siyasətindən imtina edərdi. Çünki ortaya qoyduqları xətt bəllidir. Qarabağda təcavüzkarlığı qabartmaq əvəzinə… Orada həyata keçirilən vandalizmə, Zəngilandan Kəlbəcərə qədər dağıntılara baxın. Nə qədər adam “Amerikanın səsi”nin gündəlik proqramlarına, şərhlərinə inanırdı. Çünki hər biri onların “həqiqət səsi” kimi Azərbaycan xalqının apardığı mübarizəyə dəstəyi mənasında əksini tapıb. Guya dünya miqyasında "millətlərin təməl hüquqları konstitusion və bəşəri ideallarına xidmət etsin” devizini seçiblər. Bəs nə üçün etmirdilər? Daha artıq dərəcədə hakimiyyət əleyhinə olan bir tribunaya çevrilməkdə idilər. Son dərəcə təfriqə proseslər aparırdılar. Buna görə də Azərbaycan dövləti məcbur olaraq yerli büroların fəaliyyətini məhdudlaşdırmışdı. Həm də özümüzə bərabər hüquq tələb edirik. Azərbaycan eyni ixtiyarla, səlahiyyətlərlə Amerikada radiolar təsis edib, yayımlaya bilməyəcəksə, siz ona müxbir məhdudiyyəti qoyursunuzsa, onda özünüz də buna əməl etməlisiniz. Azərbaycan miqyasında da, dünyada da “dövlət mediaya pul verməməlidir” təbliğatını aparanlar indi Amerika inqilabının nəticəsində tam ifşa olundular. Bəlli oldu ki, hamısı yüz milyonlarla maliyyə vəsaitləri bilavasitə dövlətdən, Amerika seçicisindən və ya vergi ödəyicisindən alır. Qələbəmizi gözdən salmağa, əlimizdən almağa çalışan dairələr dünya miqyasında Azərbaycanın nüfuzunu ləkələmək istiqamətində fəaliyyət aparırlar, onların içində “yalançı dördlük” - “Vaşinqton Post”, “Nyu York Tayms”, “Fiqaro” və “Le Monde” soyuq müharibə dövrünün, ideoloji fəaliyyətlərinin hökm sürdüyü dövrün mübarizəsini aparırdılar. “Azadlıq radiosu”nun 1990-cı illərdə 20 Yanvarda Azərbaycan insanlarının səsinə çevrilməsi bir çoxlarının yaddaşında müsbət hadisə kimi qalıb. Deyirlər ki, bəli, o dövrdə bizim səsimiz dünyaya çatmışdı. Amma sonralar prosesləri daha dərindən təhlil edəndə məlum oldu ki, bu, bizim xalqın tanklar, toplar altında əzilməsinə, bütövlük uğrunda hayqırtımıza səs vermək, ona dəstək göstərmək məqsədi daşımır. Daha çox SSRİ-nin dağıdılması planıdır. Biz o vaxt buna görə onlara gərək olmuşuq. Halbuki Xocalı ilə bağlı məsələlərdə bizimlə guya həmrəylik göstərirdilər, Azərbaycan insanlarının kütləvi qətl edilməsinə guya bunlar media quruluşu kimi narahat olublar. Guya Xocalı hadisəsi elan etdikləri dünyəvi prinsiplərə ziddir, gedib Azərbaycan insanlarını çəkib göstərirdilər. Azərbaycanın hansısa region dövlətləri ilə münasibətlərini pisləşdirmək üçün bu məqamları daha çox qabardırdılar. Buna görə də dünya çapında informasiyanın genişlənməsinə, şəffaflığına, qərəzsizliyə xidmət etmədilər. Onsuz da Trampın indi verdiyi qərarlar öncədən on illər ərzində Azərbaycan dövlətinin, onun millətinin mənafeyini istəyən insanlar tərəfindən verilirdi. Nəhayət, uyğun sonluqla yekunlaşdı”, - komitə sədri bildirib.
Aytəkin Qardaşova
21 Mart 00:47
20 Mart 23:51
20 Mart 23:46
20 Mart 23:06
20 Mart 23:00
20 Mart 22:23
20 Mart 22:07
20 Mart 22:03
20 Mart 21:08
20 Mart 21:05
20 Mart 20:34
20 Mart 20:33
20 Mart 19:32
20 Mart 19:04
20 Mart 19:00
20 Mart 18:57
20 Mart 18:00
20 Mart 17:57
20 Mart 17:56
20 Mart 17:54
20 Mart 17:52
20 Mart 17:51
20 Mart 17:50
20 Mart 17:48
20 Mart 17:46
20 Mart 17:15
20 Mart 17:11
20 Mart 17:08
20 Mart 15:35
20 Mart 15:33
20 Mart 15:31
20 Mart 15:29
20 Mart 15:22
20 Mart 15:20
20 Mart 14:08
20 Mart 14:02
20 Mart 14:00
20 Mart 13:16
20 Mart 13:14
20 Mart 13:03
20 Mart 13:01
20 Mart 12:53
20 Mart 12:51
20 Mart 12:19
20 Mart 12:15
20 Mart 11:29
20 Mart 11:19
20 Mart 11:17
20 Mart 11:02
20 Mart 10:56
20 Mart 10:35
20 Mart 10:25
20 Mart 10:23
20 Mart 10:21
20 Mart 10:18
20 Mart 10:15
20 Mart 10:14
20 Mart 10:12
20 Mart 10:09
20 Mart 10:04
20 Mart 09:58
20 Mart 09:53
20 Mart 09:46
20 Mart 09:42
20 Mart 09:41
20 Mart 09:39
20 Mart 09:38
20 Mart 09:33
20 Mart 09:31
20 Mart 00:28
20 Mart 00:21
19 Mart 22:23
19 Mart 21:30
19 Mart 21:28
19 Mart 21:27
19 Mart 21:16
19 Mart 21:10
19 Mart 21:07
19 Mart 20:56
19 Mart 20:15
19 Mart 20:12
19 Mart 19:46
19 Mart 19:27
19 Mart 19:22
19 Mart 19:16
19 Mart 19:14
19 Mart 19:08
19 Mart 18:39
19 Mart 18:34
19 Mart 18:14
19 Mart 18:03
19 Mart 17:58
19 Mart 17:50
19 Mart 17:40
19 Mart 17:38
19 Mart 17:35
19 Mart 17:25
19 Mart 17:22
19 Mart 17:01
19 Mart 16:49
19 Mart 16:35
19 Mart 16:16
19 Mart 16:08
19 Mart 16:00
19 Mart 15:39
19 Mart 15:28
19 Mart 15:26
19 Mart 15:12
19 Mart 15:06
19 Mart 15:00
19 Mart 14:59
19 Mart 14:51
19 Mart 14:50
19 Mart 14:49
19 Mart 14:45
19 Mart 14:34
19 Mart 14:18
19 Mart 13:41
19 Mart 13:21
19 Mart 13:20
19 Mart 13:18
19 Mart 13:05
19 Mart 13:00
19 Mart 12:57
19 Mart 12:54
19 Mart 12:38
19 Mart 12:33
19 Mart 12:23
19 Mart 11:57
19 Mart 11:53
19 Mart 11:42
19 Mart 11:40
19 Mart 11:28
19 Mart 11:22
19 Mart 11:21
19 Mart 11:08
19 Mart 11:07
19 Mart 11:04
19 Mart 11:02
19 Mart 10:59
19 Mart 10:57
19 Mart 10:44
19 Mart 10:40
19 Mart 10:11
19 Mart 10:08
19 Mart 10:06
19 Mart 09:42
19 Mart 09:39
19 Mart 09:20
19 Mart 09:19
Ən son xəbərləri səhifəmizdən də izləyin