BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabah yağış yağacaq

Martın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Lakin gecə və səhər saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək

 

Havanın temperaturu:

 

Gecə: 3-6° isti

 

Gündüz: 6-11° isti

 

Atmosfer təzyiqi 763 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85% olacaq.

 

Əksər rayonlarda hava əsasən yağmursuz keçəcək, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu:

 

Gecə: 3-8° isti

 

Gündüz: 9-14° isti

 

Dağlarda gecə: 3-8° şaxta

 

Dağlarda gündüz: 2° şaxtadan 3°-dək isti

Tarix: 20 Mart 2025, 13:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin