BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ-la Ukrayna ilə bağlı müzakirələr aparacaq danışıqçıları Putin şəxsən seçib

Rusiya və ABŞ arasında bazar ertəsi planlaşdırılan məsləhətləşmələrin iştirakçıları - Qriqori Karasin və Sergey Beseda çox təcrübəli danışıqçılardır.

 

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

 

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin ABŞ-la Ukrayna ilə bağlı müzakirələr aparacaq danışıqçıları şəxsən seçib.

 

"Bunlar bu cür işlərdə böyük təcrübəyə malik yüksək təcrübəli danışıqlarçılardır

 

Bu, Rusiya Federasiyasının prezidentinin seçimidir və onlar bu danışıqlarda Rusiyanı ən yaxşı şəkildə təmsil edəcəklər", Kremlin sözçüsü vurğulayıb.

 

Qeyd edək ki, martın 24-də Ər-Riyadda Rusiya nümayəndə heyətinə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktorunun müşaviri Sergey Beseda başçılıq edəcək. Məsləhətləşmələrin mövzusu Ukrayna münaqişəsinin nizamlanması, eləcə də Qara dəniz taxıl təşəbbüsünün yenilənməsi olacaq.

 

APA

Tarix: 21 Mart 2025, 17:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin