BURADA REKLAMINIZ OLA
BİLƏR

Külək güclənəcək

Martın 24-də Bakıda və Abşeron yarımadasında hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabahın havası belə olacaq:

 

Hava şəraiti: Dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış və şimşək çaxması ehtimalı var.

 

Külək: Mülayim cənub-qərb küləyi əsəcək, axşam saatlarında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Temperatur:

 

Gecə: 6-8° isti

 

Gündüz: 15-20°, bəzi yerlərdə 22° isti

 

Atmosfer təzyiqi: Normadan aşağı olub, 752 mm civə sütunundan 745 mm civə sütununa enəcək.

 

Nisbi rütubət:

 

Gecə: 70-80%

 

Gündüz: 50-55%

 

Martın 24-də Azərbaycanın rayonlarında hava proqnozu:

 

Hava şəraiti: Arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı və dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək.

 

Külək: Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Temperatur:

 

Gecə: 3-8° isti

 

Gündüz: 13-18° isti

 

Dağlarda gecə: 3-8° şaxta

 

Dağlarda gündüz: 0-3° şaxta

Tarix: 23 Mart 2025, 12:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin