BURADA REKLAMINIZ OLA
BİLƏR

Əbu Bəkr məscidi açıla bilər

“Əbu Bəkr məscidinin açılması nəzərdə tutulur. Bunun üçün orada icmanın yaradılması planlaşdırılır”.

 

Pravda.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov deyib.

 

O bildirib ki, məscidin minarəsinin təməlində problem aşkarlanıb: “Minarənin əyilməsi qəza vəziyyəti yaradırdı. Buna görə də orada toplaşmaq təhlükəlidir. Minarənin bərpa edilməsi və ya sökülüb yenidən tikilməsi üzərində iş gedir. Bundan sonra isə məsciddə icma yaradılacaq və fəaliyyətə başlayacaq”.

Tarix: 10 Dekabr 2019, 13:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin