BURADA REKLAMINIZ OLA
BİLƏR

Yeganə Nuruyeva yenidən direktor təyin edildi

Dövlətə məxsus "Azərizolit" MMC-nin direktoru Şaiq İsmayılov vəzifəsindən azad edilib.

 

Pravda.az "Report"a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Yeganə Nuruyevaya həvalə olunub.

 

O, bundan əvvəl də - 2024-cü ilin fevral ayına qədər "Azərizolit"ə rəhbərlik edib.

 

Nizamnamə kapitalı 10 milyon manata yaxın olan "Azərizolit" 2023-cü ilin avqust ayına qədər "ASK İzolit" adı ilə fəaliyyət göstərib. "ASK İzolit” 2018-ci ildə Mingəçevir şəhərində yerləşən "Azərelektroizolit” zavodunun bazasında yaradılıb. Müəssisə elektroizolyasiya materialları istehsal edir.

Tarix: 24 Mart 2025, 12:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin