BURADA REKLAMINIZ OLA
BİLƏR

Sumqayıt RİH-dən ağacların kəsilməsi iddiasına cavab - VİDEO - YENİLƏNDİ

Sumqayıt Şəhər İcra Hakimiyyəti meşəlik ərazidə ağacların kəsilməsi iddiasına münasibət bildirib.

 

RİH-dən Pravda.az-ın sorğusuna cavab olaraq qeyd olunub ki, aidiyyatı qurumların nümayəndələri tərəfindən Parkın ərazisinə baxış keçirilib.

 

Aparılan araşdırma nəticəsində ərazidə hər hansı ağac kəsilmə faktı qeydə alınmadığı müəyyən edilib. Video park ərazisində abadlıq işləri aparılan zaman çəkilib.

 

***

2025-03-26 11:57

 

Sumqayıt şəhərinin mərkəzində yaşıllığın kütləvi şəkildə məhv edildiyi bildirilir.

 

Pravda.az xəbər verir ki, bu barədə görüntüləri sahibkar Elvin Dadaşsoy sosial şəbəkə hesabında paylaşıb.

 

Görüntülərdən aydın olur ki, yaşıllıq ərazidə hansısa obyekt tikilir və ərazidə çalışanlar ağacları kəsirlər.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Pravda.az-a bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.

 

Sumqayıt Şəhər İcra Hakimiyyətinə də sorğu ünvanlanıb.

 

Tarix: 3 Aprel 2025, 11:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin