BURADA REKLAMINIZ OLA
BİLƏR

Kamran Əliyevin səlahiyyət müddəti bitir

Azərbaycanın Baş prokuroru Kamran Əliyevin səlahiyyət müddəti bitir.

 

O, 2020-ci il may ayının 1-də vəzifəyə təyin olunub.

 

"Prokurorluq haqqında" qanunun 16-cı maddəsinə əsasən, Baş prokurorun səlahiyyət müddəti 5 ildir. K.Əliyevin vəzifədə olma müddəti 2025-ci il may ayının 1-də sona çatır.

 

Azərbaycan Konstitusiyasının 133-cü maddəsinə əsasən, Baş prokuroru Azərbaycan Prezidenti Milli Məclisin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir.

 

Qanunvericiliyin tələbinə uyğun olaraq parlament may ayının 1-dək Baş prokurorun təyinatı ilə bağlı məsələyə baxmalıdır.

 

"Prokurorluq haqqında" qanun bir şəxsin neçə dəfə Baş prokuror təyin olunmasına hər hansı məhdudiyyət qoymur.

 

Teleqraf.az

Tarix: 27 Mart 2025, 13:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin