BURADA REKLAMINIZ OLA
BİLƏR

Ziroatxon Mirziyoyeva Mehriban Əliyevayanı Novruz bayramı münasibətilə təbrik edib

Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

 

Pravda.az xəbər verir ki, məktubda deyilir:

 

"Möhtərəm Mehriban xanım.

 

Təbiətin oyanışı və yenilənməsi, xalqlarımızın minillik ənənələri və xeyirxah adət-ənənələrinin bənzərsiz təcəssümü olan Novruz bayramı münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

 

Şərq Yeni ilində Sizə və ailə üzvlərinizə xoşbəxtlik, uğur və gözəl əhvali-ruhiyyə arzulayıram. Doğma ölkənizə rifah, abadlıq və əmin-amanlıq diləyirəm".

Tarix: 29 Mart 2025, 18:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin