BURADA REKLAMINIZ OLA
BİLƏR

Səudiyyə Ərəbistanının Kralı Ramazan bayramı münasibətilə Azərbaycan Prezidentini təbrik etdi

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

 

Pravda.az xəbər verir ki, təbrikdə deyilir:

 

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

 

Zati-alinizə mübarək Ramazan bayramı münasibətilə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq. Sizə cansağlığı və xoşbəxtlik arzulayırıq.

 

Allahdan diləyirik ki, bu mübarək bayramda Zati-alinizə və qardaş xalqınıza daha çox tərəqqi və firavanlıq nəsib etsin, həmçinin İslam ümmətimizi qüdrətli və sabit etsin.

 

Zati-alinizə salamlarımızı çatdırır və ehtiramımızı bildiririk.

 

Qardaşınız,

 

Salman bin Əbdüləziz Al Səud

 

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı".

Tarix: 30 Mart 2025, 10:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin