BURADA REKLAMINIZ OLA
BİLƏR

Xamenei: Donald Tramp İranı bombalamaq hədəsinə əməl etsə, güclü zərbə ilə üzləşəcək

İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xamenei ABŞ Prezidenti Donald Trampın ölkəsi ilə bağlı son çıxışına münasibət bildirib.

 

Xamenei bildirib ki, Donald Tramp İranı bombalamaq hədəsinə əməl etsə, güclü zərbə ilə üzləşəcək.

 

“Onlar (ABŞ və İsrail) bizi hədələyirlər. Əgər onlar hər hansı bir pis niyyətlə hərəkət etsələr – bu çox da mümkün deyil – şübhəsiz ki, güclü və qarşılıqlı zərbə alacaqlar”, – Xamenei qeyd edib.

 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Tehranın nüvə proqramı ilə bağlı razılığa gəlmədiyi təqdirdə, İranın misli görünməmiş bombardmana məruz qalacağını bildirib.

 

APA

Tarix: 31 Mart 2025, 10:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin