BURADA REKLAMINIZ OLA
BİLƏR

Valideynlər dünyasını dəyişəndən sonra övladlardan biri digərinin razılığı olmadan evi satsa, bu barədə iddia qaldırılarsa, mənzili alanı hansı təhlükə gözləyir? - İZAH

“Valideynlər dünyasını dəyişib və övladlardan biri digərinin razılığı olmadan evi satıbsa, bu barədə iddia qaldırılsa belə, evi alanı heç bir təhlükə gözləmir. Daşınmaz əmlakın dövlət reyestrində olan məlumatların mötəbərlik prinsipi var və vicdanlı alıcını qoruyur”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

Vətəndaş ağzıda maska necə idman etsin?” – Əkrəm Həsənov Pravda.az

“Alıcı görür ki, evin çıxarışı, reyestr sənədi var, ev filankəsin adınadır və alqı-satqı edir, vəssalam. Alıcını maraqlandırmamalıdır ki, bəlkə, bu evin başqa mülkiyyətçisi də var, ev mübahisəlidir. Alıcıya qarşı heç bir tələb irəli sürülə bilməz. Övladlar arasında hansısa məhkəmə mübahisəsi düşə bilər. Digəri sübut edə bilsə ki, vərəsəlikdən ona da pay düşür, onda o biri övladdan yalnız pul tələb edə bilər. Yəni evin satılan qiymətinin yarısını istəyə bilər. Əvvəlcə hələ bilməliyik ki, həmin övladın vərəsəlik hüququ var, ya yoxdur. Son iki ildə bu sahədə qanunvericilik də yenilənib. Bu səbəbdən məsələni daha ətraflı bildikdən sonra qiymət verilə bilər. Hər bir halda evi alan üçün heç bir təhlükə yoxdur”, - hüquqşünas bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 31 Mart 2025, 13:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin