BURADA REKLAMINIZ OLA
BİLƏR

Müəllimə qarşı dələduzluq edən qadın məhkəmə zalından həbs edildi

Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Təranə Səfərovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hökmə əsasən, təqsirləndirilən şəxs 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalından həbs olunub.

 

İttihama görə, hadisə 25 iyun 2023-cü ildə Abşeron rayonu, Masazır qəsəbəsində qeydə alınıb.

 

Belə ki, Təranə Səfərova tanışı, zərərçəkmiş Naibə Əsədlinin (şərti) həyat yoldaşınən xəstəliyi ilə əlaqədar olaraq II qrup əlillik dərəcəsindən I qrup əlillik dərəcəsinə keçirəcəyinə köməklik edəcəyinə dair yalan vəd verib. O, bu yolla zərərçəkmiş şəxsdən ümumilikdə 7000 manat pulunu alaraq dələduzluq edib.

 

Qeyd: Naibə Əsədli Abşeron rayonu, Masazır qəsəbəsindəki 11 saylı Əliağa Vahid adına tam orta məktəbində müəllim işləyir.

 

Kamal Məmmədov

Tarix: 1 Aprel 2025, 08:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin