BURADA REKLAMINIZ OLA
BİLƏR

"TikTok"la bağlı sərt AÇIQLAMA: "Son 5 gün qaldı"

Çinin "ByteDance" şirkətinə məxsus "TikTok"un ABŞ seqmentinin satışı ilə bağlı sövdələşmə bu həftə bağlanacaq.

 

Bu barədə jurnalistlərə ABŞ Prezidenti Donald Tramp bildirib.

 

Onun sözlərinə görə, proses aprelin 5-dək yekunlaşacaq.

 

"Bizim çoxlu potensial alıcılarımız var. "TikTok"a böyük maraq var", - dövlət başçısı əlavə edib.

 

O, ölkədə bu xidmətin bloklanılmaması üçün satılmasının zəruri olduğunu vurğulayıb.

 

Xatırladaq ki, yanvarın 19-da ABŞ-də "ByteDance"dan "TikTok"un ölkədəki seqmentini satmağı tələb edən qanun qüvvəyə minib.

 

Oxu.az

Tarix: 1 Aprel 2025, 07:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin